Rus diplomatının ölümünə Almaniyadan reaksiya

5-11-2021, 18:45           
Rus diplomatının ölümünə Almaniyadan reaksiya
"Almaniya hakimiyyəti Rusiyanın Berlindəki səfirliyinin əməkdaşının ölümündən xəbərdardır, lakin indiyədək şəxsi məlumatların mühafizəsi səbəbi ilə şərh verməkdən çəkinir".

Cebhe.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi Kristofer Burqer məlumat verib.

Burger Xarici İşlər Nazirliyinin reaksiyasını şərh edib: “Anlayış göstərməyinizi xahiş edirəm. Çünki ölənin və onun yaxınlarının şəxsi məlumatlarını qorumaq üçün başqa təfərrüatlar verə bilmərəm”.

Qeyd edək ki, 35 yaşlı rusiyalı diplomatın ölümü ilə bağlı Almaniyanın “Spiegel” nəşri məlumat yayıb.

Nəşrin iddia etdiyi kimi, Almaniya təhlükəsizlik xidmətləri onu Rusiya Federal Təhlükəsizlik Xidmətinin daxili məxfi xidmətinin maskalanmış əməkdaşı kimi görüblər.

Sevinc Tapdıqqızı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru