Arayik Harutyunyan Qarabağda hərbi səfərbərlik ELAN ETDİ: Yanvarın 1-dən… – ŞOK GƏLİŞMƏ

6-11-2021, 21:05           
Arayik Harutyunyan Qarabağda hərbi səfərbərlik ELAN ETDİ:
Qarabağdakı erməni terrorçuların rəhbəri Arayik Harutyunyan bu gün “sərəncam” imzalayıb.

Busaat.az xəbər verir ki, həmin “sərəncam”a əsasən səfərbərlik elan olunub.

Belə ki, yanvar ayının 1-dən etibarən Qarabağda yaşayan, 18 yaşı tamam olmuş, habelə indiyə qədər “möhlət hüququ” almış şəxslər “həqiqi hərbi xidmətə” çağrılacaq. Proses fevralın sonuna kimi davam edəcək.


Qeyd edək ki, Qarabağdakı erməni separatçıları hər vəchlə qondarma “müdafiə ordusu”nun “var” olduğunu nümayiş etdirmək istəyirlər.

Maraqlıdır ki, Azərbaycan tərəfi ermənilərin bu özbaşınalığına heç bir reaksiya vermirlər. Halbuki 10 noyabr bəyanatında Qarabağdakı Ermənistan ordusunun bütün bölmələrinin ərazidən çıxarılması və oradakı qeyri-qanuni silahlı dəstələrin tərksilah edilməsi bəndi mövcuddur və tələb kimi qoyulub.

Lakin buna baxmayaraq, separatçılar yenə də hərbi qüvvə saxlayır, “ordu” düzəldir və bu tələbi yerinə yetirməkdən imtina edir.(JAMAZ.İNFO)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru