İrəvan Türkiyə ilə barışmaq üçün niyə Kremlə minnətçi düşdü? - “Ermənistan özbaşına deyil ki...”

26-11-2021, 12:45           
İrəvan Türkiyə ilə barışmaq üçün niyə Kremlə minnətçi düşdü? -
Xəbər verdiyimiz kimi, Ermənistan rəsmi Ankara ilə münasibətlərin normallaşdırılmasında vasitəçi olması üçün Rusiyaya müraciət edib.

Rusiya tərəfi isə sözügedən məsələyə öz töhfəsini verməyə hazır olduğunu bəyan edib.

Maraqlıdır, Türkiyə tərəfi Rusiyanın bu istiqamətdəki səylərini necə qiymətləndirəcək? Ümummiyyətlə, yaxın zaman ərzində Rusiyanın vasitəçiliyi ilə ikitərəfli münasibətlərin nizama salınması ehtimalı varmı?

Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Asim Mollazadə Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşmasının yalnız bir halda mümkün ola biləcəyini deyib:

"Ermənistanın Türkiyə ilə münasibətləri qaydasına salmaq üçün Rusiyaya müraciət etməsi tam normaldır. Ermənistan özbaşına deyil ki, Rusiyadan xəbərsiz hansısa addımı atsın. Ermənistan və Türkiyə münasibətlərinin gələcək inkişafı həm də Ermənistanın Azərbaycana qarşı atacağı addımlaran asılıdır. Ermənilər ərazi iddialarına son qoyarsa, kommunikasiyaları açarsa, delimitasiya və demarkasiya prosesində gərəkli addımları atarsa, Türkiyə də bölgədə münasibətlərin normallaşması üçün qarşılıq verəcək. Ermənistan sadəcə olaraq ərazi iddialarından, revanşist fikirlərdən əl çəkməlidir”.

Deputat Rusiya rəsmisinin bu istiqamətdə olan açıqlamasını isə nümayişkarlıq olaraq dəyərləndirib:

"Rusiyanın bu şəkildə açıqlama verməsi nümayişdir. Yəni onlar bildirmək istəyir ki, Ermənistan onların nəzarətindədir və münaqişədə olduğu hansısa dövlətlə münasibətlərini məhz onların icazəsi ilə normallaşdıra bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.