“Demokratiya termini mənim üçün mənasını itirib” - Lavrov

27-12-2021, 17:35           
“Demokratiya termini mənim üçün mənasını itirib” - Lavrov
“Müasir reallıqlarda “demokratik dövlət” termini öz mənasını itirib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Solovyov LIVE” yutub-kanalında Vladimir Solovyova verdiyi müsahibəsində deyib.

“Bu gün “kimin indi demokratiya olması, kimin demokratiya olmaması” əhəmiyyət kəsb etmir. Terminlər mənim üçün bütün mənasını itirib. Siz indi Baydenin təşkil etdiyi demokratiya sammitini qeyd etdiniz. Diqqətlə baxsaq, sammit iştirakçıları heç də Amerika demokratiyası kriteriyaları, eləcə də amerikalıların demokratik dövlət üçün nümunəvi hesab etdiyi kriteriyalar əsasında seçilməyib”, - deyə Lavrov söyləyib.

Qeyd edək ki, ABŞ tərəfindən təşkil olunan “Demokratiya sammiti” dekabrın 9-u və 10-u videokonfrans formatında keçirilib. Sammitdə dövət başçıları, hüquq müdafiəçiləri və biznesmenlər iştirak edib. Rəsmi Vaşinqton sammitə 100 dövlət və ərazini dəvət edib. Sammitə dəvət olunmayan ölkələr sırasında Azərbaycan, Türkiyə, Rusiya, Çin və s. digər ölkələr olub.

Həmçinin oxuyun: Azərbaycanın dəvət olunmadığı sammit nəyə xidmət edir?












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru