“Kütləvi etirazlar və küçə mübarizələri lazımdır ki, hakimiyyətdən getsinlər” – Koçaryandan XƏBƏRDARLIQ

28-12-2021, 00:01           
“Kütləvi etirazlar və küçə mübarizələri lazımdır ki, hakimiyyətdən getsinlər” –
“Delimitasiyaya alternativ bundan imtina etməkdir”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu fikri Ermənistanın ikinci prezidenti Robert Koçaryan səsləndirib:

“Mən başa düşürəm ki, bizdən daha radikal hərəkətlər gözlənilir. Fikirləşirdik ki, seçkilərdən sonra bu iqtidarın reytinqi sürətlə aşağı düşər. Lakin bizim hesablamalarımıza görə, bu reytinqin aşağı düşməsi hələ də kütlənin aktiv mübarizəyə hazırlığına çevrilməyib. Əminik ki, bu insanlar öz istəkləri ilə hakimiyyətdən getməyəcəklər. Kütləvi etirazlar, kütləvi küçə mübarizələri lazımdır ki, hakimiyyətdən getsinlər”- Robert Koçaryan bildirib.

O, qeyd edib ki, kütləvi etirazlara hazırdırlar: “Biz bunu edəcəyik, Mən şəxsən hər şeyə hazıram. Uğura aparan addımlar olacaq, hər şeyi nəzərə almaq lazımdır” – Koçaryan fikirlərini tamamlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru