Ermənistana qaytarılan əsirlər hakimiyyətə qarşı qəzəblidirlər

29-12-2021, 00:09           
Ermənistana qaytarılan əsirlər hakimiyyətə qarşı qəzəblidirlər
Dekabrın 4-də Ermənistana qaytarılan əsirlərdən erməni leytenant Serjik Əmirxanyan və müqaviləli erməni hərbi qulluqçu Robert Nalbandyanın saxlanmasından apellyasiya şikayəti verilib. Ordu.az xəbər verir ki, bu barədə Ermənistana qaytarılan əsirlərin maraqlarının nümayəndələrindən biri olan erməni vəkil, "Hüquqi yol" ictimai təşkilatının həmtəsisçisi Ruben Melikyan bildirib.

O qeyd edib ki, dinləmələri gözləyirlər və bunların ilin sonuna qədər olacağına ümid edirlər.

Melikyan vurğulayıb ki, müştəriləri günahlarını etiraf etmirlər və Ermənistanın münasibətindən qəzəbləniblər․

"Onlar nəinki günahlarını boynuna almırlar, hətta qəzəblidirlər. Cinayət təqibi qanuni deyil, onlara qarşı həbs qətimkan tədbirini necə seçə bilmələri anlaşılmazdır", - deyə erməni vəkil bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru