Putin ABŞ prezidenti Reyqanın keçmiş müşavirinə vətəndaşlıq verib

31-12-2021, 00:01           
Putin ABŞ prezidenti Reyqanın keçmiş müşavirinə vətəndaşlıq verib
Rusiya prezidenti Vladimir Putin ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, ABŞ prezidenti Ronald Reyqanın keçmiş müşaviri Syuzan Massiyə Rusiya vətəndaşlığı verib.

“Report” xəbər verir ki, sərəncam bu gün imzalanıb.

“Aşağıdakı şəxslər Rusiya Federasiyasının vətəndaşlığına qəbul edilsin. 1931-ci il yanvarın 8-də Amerika Birləşmiş Ştatlarında anadan olmuş Massi Syuzan Rorbah”, – sərəncamda deyilir.

Massi amerikalı tarixçi, yazıçı, ictimai və dövlət xadimidir. 1984-1988-ci illərdə ABŞ prezidenti Ronald Reyqanın müşaviri olub və Rusiya-Amerika münasibətlərinin normallaşması və soyuq müharibənin başa çatmasında mühüm rol oynayıb.

Massi 1985-1986-cı illərdə Cenevrədə və Reykyavikdə Reyqanla keçmiş SSRİ prezidenti Mixail Qorbaçov arasında görüşlərin hazırlanmasında iştirak edib. Məhz Massi Reyqana rus dilində “güvən, amma yoxla” atalar sözünü tələffüz etməyi öyrədib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.