KTMT: Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə hüququ var 7-01-2022, 08:25 “Qazaxıstana göndərilən sülhməramlıların silahdan istifadə etmək hüququ var”.Yenisabah.az xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.Zasın sözlərinə görə, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələri silahlı dəstələrin hücumu zamanı atəş açmaq hüququna malikdir.Baş katib bildirib ki, sülhməramlılar vəziyyətə uyğun çıxış edəcəklər. Facebook-da paylaş