Rubinyan: “Daşnaklar Atatürkdən kömək istəyirdilər”

19-01-2022, 00:04           
Rubinyan:
Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması üzrə danışıqlarda Ermənistanın xüsusi nümayəndəsi, Milli Assambleyanın vitse-spikeri Ruben Rubinyana diplomatlar və Xarici İşlər Nazirliyinin əməkdaşlarından ibarət işçi qrup kömək edir. Bunu Rubinyanın özü parlamentin bugünkü iclasında bildirib və əlavə edib ki, o, bu məsələ ilə bağlı əvvəlki danışıqlarda iştirak edənlərlə məsləhətləşib. Bu barədə hetq.am yazır.

“Mən müzakirələrə açığam, lakin təəssüflənirəm ki, bu mövzunun müzakirəsi son dərəcə manipulyasiya mühitində gedir. Düşünmürəm ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesində Ermənistan nümayəndəsini tənqid etmək olmaz”, – vitse-spiker deyib.

Bununla bələ, Rubinyan parlamentin getdikcə partiyaların mənasız toplantısına çevrildiyi qeyd edib və vurğulayıb ki, burada danışmağın əvəzinə sadəcə hay-küy salırlar.

“Siz və ya sizə bağlı qüvvələr və media gözlənilən addımlar atır, məni şübhəli əlaqələri olan şəxs kimi təqdim etməyə çalışır. Amma məni tənqid edən fraksiyaya “Daşnaksütyun” partiyasının nümayəndələri də daxildilər, halbuki bu partiya vaxtında “Gənc türklərlə” əməkdaşlıq haqqında saziş imzalayıb, onun nümayəndələri 1918-ci ildə Konstantinopola səfər ediblər və orada bəyan ediblər ki, Ermənistan öz müstəqilliyinə görə Türkiyəyə borcludur, 1921-ci ildə isə onun təmsilçisi Simon Vratsyan hərbi yardım üçün Atatürkə müraciət edib. Bu gün isə partiya Robert Köçəryanı dəstəkləyir, amma onun prezidentlik dövründə Ermənistan və Türkiyə arasında gizli danışıqlar aparılıb”, – Rubinyan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.