Ermənilərin daha bir YALANI - Cinayətkar şəbəkənin "Laçın" hoqqası faş oldu - ƏTRAFLI

4-02-2022, 17:35           
Ermənilərin daha bir YALANI -
Laçın rayon ərazisində ermənilərin daha bir yalanı üzə çıxıb. Belə ki, onlar Azərbaycan hərbçilərini oğurluqda iddia etsələr də, tezliklə ifşa olunublar.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, Laçın rayonuna aid kəndlərdən birində yaşayan erməni ailəsinə məxsus 120 kiloluq inək oğurlanıb. Erməni sakinləri inəyin əvvəlcə azərbaycanlılar tərəfindən oğurlandıqlarını iddia ediblər.

Sonradan məlum olub ki, inəyi Sünikin (Zəngəzur) Teq kəndinin sakinləri oğurlayıb. Onlar heyvanı fərdi evin zirzəmisində kəsərək öz aralarında bölüşdürüblər.

Məlum olub ki, Qərbi Zəngəzurda geniş cinayətkar şəbəkə otlaq ərazilərdə sahibsiz hesab etdikləri heyvanları oğurlayaraq ət dükanlarına təhvil verirlər.

Göründüyü kimi, erməni yalanının üstü bu dəfə də tez açılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru