Zaxarova gözləyir, Lavrov isə narahatdır - “Cavab verin...”

5-02-2022, 00:06           
Zaxarova gözləyir, Lavrov isə narahatdır - “Cavab verin...”
“Moskva Qərb dövlətlərindən təhlükəsizliyin bölünməzliyi prinsipini necə anladıqları ilə bağlı dəqiq cavab gözləyir”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Cavabın nə olacağından asılı olaraq, biz substantiv danışıqlar üçün yerin olub-olmadığına qərar verəcəyik”, - Zaxarova bildirib.

Rusiya Xarici işlər naziri Sergey Lavrov isə ABŞ və NATO ölkələrinin təhlükəsizliyin bölünməzliyi ilə bağlı mövqeyindən narahat olduğunu bildirib.

Nazir vurğulayıb ki, onun mesajına cavab çox vaxt aparmamalıdır, çünki söhbət anlaşmadan gedir, bunun əsasında alyans dövlətləri müvafiq öhdəlikləri imzalayıblar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru