Polşa qəzeti: Rusiya "Şimal axını -2" layihəsində inhisarçı ola bilər

5-02-2022, 10:28           
Polşa qəzeti:
Avropa kəskin şaxtalı hava olarsa Rusiyanın “Qazprom” şirkəti bundan öz məqsədləri üçün istifadə edəcək.

APA xəbər verir ki, bu barədə Polşanın “Gazeta Wyborcza” nəşri məlumat yayıb. Məqalədə Rusiya şirkətinin “Şimal axını – 2” layihəsində inhisarçı ola biləcəyi qeyd olunur.
Almaniya, Avstriya və Hollandiyadakı anbarlarda qaz ehtiyatlarının olmaması səbəbindən vəziyyətin mürəkkəbliyinə diqqət çəkilib.

"Əgər bu baş verərsə, Avropa şirkətləri üçün tələbatın kəskin artmasının öhdəsindən gəlmək çətinləşəcək, nəticədə xammal çatışmazlığı yaranacaq", - deyə məqalədə bildirilib.

Moskva Avropanın enerji bazarındakı böhrandan öz məqsədləri üçün istifadə etməyə çalışacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru