Vəziyyətin bu həddə gəlib çatmasına səbəb Minsk qrupunun vəzifəsini yerinə yetirə bilməməsidir - Baş nazirin müavini

4-04-2016, 17:32           
Vəziyyətin bu həddə gəlib çatmasına səbəb Minsk qrupunun vəzifəsini yerinə yetirə bilməməsidir - Baş nazirin müavini
Bu münaqişənin indiyə qədər nizamlanmaması, vəziyyətin bu həddə gəlib çatmasının çox mühüm səbəblərindən biri ATƏT-in Minsk qrupunun öz vəzifəsini layiqincə yerinə yetirə bilməməsi olub.

Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov jurnalistlərə deyib.

Ə.Əhmədov bildirib ki, bu yaxınlarda Azərbaycan Prezidenti təkcə öz mövqeyini yox, həm də xalqın mövqeyini qəti şəkildə ifadə etdi: “Əgər Minsk qrupu indiyə qədər ədalətli mövqe tutsaydı, işğalçı ilə işğala məruz qalanın hər ikisini tərəzinin eyni gözünə qoymağa çalışmasaydı, ədalətli "resept" təklif etsəydi, yəqin ki, indiyə qədər münaqişə aradan qalxardı və indi də Cənubi Qafqazda gərginliyə gətirib çıxaran bu qarşıdurma olmazdı. Azərbaycan hökuməti bundan özü üçün vacib nəticələr çıxaracaq və bundan sonra həyata keçirəcəyi siyasətində təbii ki, bütün bunlar nəzərə alınacaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru