NATO İspaniyadan Almaniyaya yeni qaz kəməri çəkir - KİV
6-02-2022, 14:55
Mərkəzi Avropanın Rusiyadan qaz asılılığını azaltmaq istəyən NATO üzvləri İspaniya Kataloniyasını Fransa və Almaniya ilə birləşdirəcək qaz kəməri çəkməyi düşünürlər.
Axar.az xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri yazıb.
“Almaniya belə bir layihəyə böyük maraq göstərir. Çünki Avropa Birliyi Almaniyanın Rusiya qazından yüksək asılılığını özünün geostrateji zəif cəhətlərindən biri adlandırır”, - nəşr bildirib.