Almaniya Ukraynaya silah verməkdən imtina etdi

6-02-2022, 15:38           
Almaniya Ukraynaya silah verməkdən imtina etdi
Almaniya hökuməti Ukraynaya silah verməkdən imtina edib.

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Ukraynanın Almaniyadan tələb etdiyi silahların siyahısını bu ölkəyə verdiyi iddia edilir.

Bildirilir ki, Almaniya hökumət rəsmiləri böhran və döyüş bölgələrinə öldürücü silahların göndərilməyəcəyini vurğulayaraq, Ukraynaya silah verməkdən imtina edib.

Xəbərə görə, Ukraynanın istədiyi siyahıda orta mənzilli zenit-raket kompleksi, daşınan zenit-raket kompleksləri, mikrodalğalı məhvetmə sistemi və elektron izləmə sistemləri ilə yanaşı, gecəgörmə cihazları, müşahidə kameraları, rəqəmsal radiolar kimi bir çox silah və hərbi texnika yer alıb.

Almaniya kansleri Olaf Şolz fevralın 7-də ABŞ prezidenti Co Bayden, fevralın 10-da isə Baltikyanı ölkələrin liderləri ilə görüşəcək, ardınca Kiyev və Moskvada danışıqlar aparacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru