Rəsmi Bakı Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına münasibət bildirib

4-04-2016, 17:38           
Rəsmi Bakı Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına münasibət bildirib
"İlk olaraq Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-ci il tarixində qərar qəbul edilmişdi. Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir".

SalamNews xəbər verir ki, bu fikiləri Ermənistan Prezidenti Serj Sarkisyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

XİN rəsmisi deyib ki, Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin, Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.