QƏZA NƏTİCƏSİNDƏ NÖVBƏTİ ERMƏNİ YALANININ ÜSTÜ AÇILDI

7-02-2022, 00:04           
QƏZA NƏTİCƏSİNDƏ NÖVBƏTİ ERMƏNİ YALANININ ÜSTÜ AÇILDI
Dünən Zəngəzur ərazisi ilə Gorus - Xankəndi yolunda hərəkət zamanı böyük avtomobil qəzası baş vermişdir. Belə ki, "BMV"-markalı maşın ilə qarşıdan gələn "Mersedes-500" markalı maşınlar toqquşmuş, sonra isə "ZİL-MMZ" markalı maşın da "BMV"-yə arxa tərəfdən çırpılmışdır. Nəticədə "BMV"-də olan 24, 33 və 29 yaşlı erməni hərbçiləri müxtəlif dərəcəli bədən xəsarətləri ilə Gorus Mərkəzi xəstəxanasına aparılmışlar.
Məlum olub ki, hərbi xidmətlərini davam etdirmək üçün Xankəndinə gedərkən xəsarət alanların hər üçü Ermənistan vətəndaşları olsalar da, onlar Qarabağda yerləşən erməni Müdafiə Ordusunun N saylı hərbi hissəsində müqavilə ilə xidmət edən hərbçilərdir.
Bununla da, ermənilərin - "Qarabağda Ermənistan yaraqlılarının olmaması barədə" uydurduqları yalanın üstü açılmışdır.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin Direktoru.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru