TEAS-ın direktoru: “Dağlıq Qarabağ Azərbaycanın ərazisidir, dünyada heç bir başqa dövlət bunun əksini demir”

5-04-2016, 10:10           

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter Dağlıq Qarabağda baş verən son hadisələrlə əlaqədar “Əl-Cəzirə” televiziyasının canlı yayımında sualları cavablandırıb.

L.Zetter Azərbaycanın Ermənistan hədələrinə qarşı hər zaman özünü müdafiə ilə cavab verdiyini bildirərək xalqların 30 min insanın ölümünə səbəb olan 1988-1994-ci illərdəki münaqişə barədə çox pis xatirələrinin olduğunu qeyd edib.

O, bu vaxtadək tərəflər arasında sülh sazişinin imzalanmamasının səbəbkarı kimi də erməni tərəfini göstərib. “Azərbaycan bazar günü axşam tək tərəfli şəkildə atəşkəs elan edib. Lakin erməni tərəfi mülki şəxslərin, eləcə də məcburi köçkünlərin düşərgəsinə atəşi davam etdirib. Təəssüflər olsun ki buna görə də gərginlik davam edir. ATƏT-in Minsk qrupu barışdırıcı təklif irəli sürmüşdü. Əsas prinsiplər Azərbaycan tərəfindən qəbul edilmişdi. İlkin olaraq Ermənistan da bunu qəbul etmişdi, lakin sonradan bundan yayındılar. Buna görə də heç bir irəliləyiş baş verməyib. Ortada dörd BMT təhlükəsizlik şurası qətnaməsi, bir BMT+Baş+Assambleyası">BMT Baş Assambleyası qətnaməsi, bir AŞPA qətnaməsi var və bunların hamısı eyni sözü deyir - Dağlıq Qarabağ və 7 ətraf rayon Azərbaycana məxsusdur və Ermənistan öz qoşunlarını geri çəkməlidir. Onlar isə bunu etməyiblər.”

L. Zetter həmçinin Dağlıq Qarabağda Ermənistan tərəfindən keçirilmiş saxta referendumun heç bir hüquqi əsasının olmadığını qeyd edib. “Bütün Azərbaycanlıların regionda etnik təmizləməyə məruz qalmasından sonra referendum necə keçirilə bilər ?! Necə referendum keçirə bilərsiniz ki, əhalinin yarısı zorla bur ərazidən çıxarılıb ?! Azərbaycan dövləti öz sərhədləri daxilində ən yüksək özünüidarə hüququ təklif edib, lakin müstəqillik yox. Niyə də olmalıdır ki ?! Bura Azərbaycan ərazisidir, hər kəs belə deyir, dünyada heç bir başqa dövlət bunun əksini demir”.

L. Zetter həmçinin erməni və azərbaycanlı əhalinin bir yerdə sülh şəraitində yaşamasının mümkünlüyünü və uzun illər boyu xalqların yanaşı yaşadıqlarını qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.