Ukrayna ilə gərginliyin azalması üçün... - RUSİYA ŞƏRTLƏRİNİ AÇIQLADI

10-02-2022, 13:03           
Ukrayna ilə gərginliyin azalması üçün... -
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukrayna sərhədində gərginliyi azaltmaq üçün Moskvanın qərb ölkələri və NATO-ya şərtlərini açıqlayıb.

Teref.az-ın məlumatına görə, Ukrayna-Rusiya sərhədində gərginlik haqqında danışan Mariya Zaxarova bildirib ki, Rusiyanın tələbləri netdir.

O sərhəddəki gərginliyi azaltmaq üçün qərb ölkələrinin Ukraynaya silah yardımını kəsməli, xarici qoşunların Ukraynanı tərk etməli olduğunu bildirib:

"Həmçinin NATO da bölgədəki təlimlərdən imtina etməlidir. Ukrayna ətrafında gərginliyi tez bir zamanda azaltmağın mümkün olduğunu düşünürük. Bunun üçün Ukraynaya silah daşınmasını dayandırmaq, Qərbin hərbi məsləhətçilərini və təlimçilərini bu torpaqlardan çıxarmaq, Ukrayna və NATO ölkələrinin birgə təlimlərini dayandırmaq, həmçinin Ukraynaya gətirilən xarici silahları geri çəkmək lazımdır”./teleqraf.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru