"Azərbaycan Türkiyə-Ermənistan normallaşmasını dəstəkləyir" - Türkiyə XİN rəhbəri
10-02-2022, 12:34
“Azərbaycan Türkiyə-Ermənistan normallaşmasını dəstəkləyir”.
“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu TRT-yə müsahibəsində deyib.
“Onsuz da Azərbaycanla koordinasiyalı şəkildə addım atırıq. Ermənistanla münasibətdə birbaşa danışıqlar aparmağın tərəfdarıyıq. Cənubi Qafqazdakı problem Qarabağın işğaldan azad olunması ilə bitdi”- o, bildirib.