Rusiyadan Gürcüstan torpaqlarına təcavüz: işğal rəsmiləşdirilir

5-04-2016, 10:39           
Rusiyadan Gürcüstan torpaqlarına təcavüz: işğal rəsmiləşdirilir
Gürcüstandan ayrıldığını elan edən separatçı “Cənubi Osetiya Respublikası” Rusiyaya birləşəcəyini bəyan edib.
Avropa.info xəbər verir ki, qondarma “respublika”nın rəhbəri Leonid Tibilov bu məsələylə bağlı Rusiya prezidenti Vladimir Putinə müraciət etdiyini və Putinin də bununla razılaşdığını deyib. Tibilov Cənubi Osetiyanın Rusiyaya birləşməklə bağlı 6 ay sonra referendum keçirəcəyini bildirib.
Qeyd edək ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Gürcüstan müstəqilliyini qazanarkən, Gürcüstanın Abxaziya və Cənubi Osetiya bölgələri Rusiyanın diktəsi ilə “müstəqilliklərini” elan edərək gürcü təhlükəsizlik gücləriylə qarşıdurmaya girmişdilər. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında baş verən müharibədən sonra, Putin administrasiyası Abxaziya və Cənubi Osetiyanın “müstəqilliyini” tanımışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.