Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub

5-04-2016, 21:11           

usiya prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışığı olub.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V. Putin İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

Rusiya prezidenti çoxsaylı insan itkisi ilə nəticələnən genişmiqyaslı hərbi qarşıdurma ilə əlaqədar ciddi narahatçılıq keçirdiyi söyləyib.

O, hər iki tərəfi təcili şəkildə hərbi əməliyyatları tam dayandırmağa və atəşkəs rejiminə əməl etməyə çağırıb.

Qeyd olunub ki, Rusiya vəziyyətin normallaşması üçün vasitəçilik addımları həyata keçirir, bundan sonra da keçirəcək.

Bundan başqa, ATƏT- in Minsk Qrupunun vasitəçiliyi ilə Bakı və İrəvanla danışıqlar prosesinin bərpa olunmasının vacibliyi vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru