Sarkisyan Berlində etirazla qarşılandı - Azərbaycanlıların mitinqi +Foto+Video

6-04-2016, 15:55           

Xəbər verdiyimiz kimi, Ermənistan prezidenti Serj Sarkisyan bu gün Almaniyaya səfərə gedib. O, səfər əsnasında Almaniya kansleri Angela Merkel və Almaniya dövlət başçısı Yoaxim Qaukla görüşərək Qarabağ məsələsini müzakirə edəcək.

“Qafqazinfo”nun məlumatına görə, hazırda görüşün baş tutacağı Federal Kansler binasının qarşısında xeyli sayda azərbaycanlı var. Onlar erməni prezidentinə qarşı keçirilən mitinqdə iştirak edərək bir milyondan çox məcburi köçkünə dəstək nümayiş etdirir, son günlər cəbhə xəttində baş verən erməni təxribatlarına etiraz edirlər.

Etiraz mitinqində iştirak edən soydaşlarımızın sözlərinə görə, hazırda Sarkisyan Federal Kansler binasına daxil olub. Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirir. Binanın qarşısında 300-dən çox etirazçı var.

















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru