“Bu dövlətlər istəyir ki, Rusiyanın genişlənməsinin qarşısı alınsın” - Ekspert danışır

22-02-2022, 17:12           
“Bu dövlətlər istəyir ki, Rusiyanın genişlənməsinin qarşısı alınsın” - Ekspert danışır
“Əgər müharibə başlasa, Ukrayna ordusunun Rusiya ordusuna müqaviməti Qərbin Ukrayna ordusunu silahlandırma siyasətinin təsirinin olub-olmamasını göstərəcək”. Teref.az xəbər verir ki, bunu dünən Almaniyanın Münhen şəhərində NATO-ya üzv dövlətlərin konfransında çıxış edən Ukrayna prezidenti Vladimir Zelenskinin səsləndirdiyi fikirlərə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, Zelenski həqiqətləri səsləndirib:

“Zelenskinin Avropa dövlətlərinə iradı ondan ibarətdir ki, onlar nə qədər Rusiyanın təcavüzkar siyasətinə barışdırıcı mövqe sərgiləyəcəklərsə, Rusiya o qədər həddini aşacaq və qonşu dövlətlərin hüquqlarını pozacaq. Ola bilsin, bu həqiqət Qərb dövlətlərinin başçılarının xoşuna gəlməsin. Ancaq bu acı həqiqətdir.

Əslində bütün Avropa dövlətləri Rusiyanın qarşısında təslimçi mövqe tutmaq istəmir. Avropada bəzi dövlətlər Rusiya təcavüzünün qarşısını almaqda tərəfdardılar. Konkret olaraq, Polşa, Slovakiya, Rumıniya, Bolqarıstan istəyirlər ki, Rusiyanın genişlənməsinin qarşısı alınsın”.

Qərb ölkələrinin Ukraynanı silahlandırmasına gəldikdə isə, politoloq bunları deyib:

“Silahlandırmanın nəticəsi yalnız müharibə vaxtı bilinir. Son vaxtlara qədər Qərb Ukraynaya silah vermirdi, ancaq Rusiya davranışlarından sonra silah verməyə başladılar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.