Əliyev-Putin görüşündə səslənən fikirlər Ukrayna ətrafında...

23-02-2022, 00:05           
Əliyev-Putin görüşündə səslənən fikirlər Ukrayna ətrafında...
Əliyev-Putin görüşündə səslənən fikirlər Ukrayna ətrafında baş verən geosiyasi qarşıdurma fonunda diqqət çəkdi.
Putin Rusiyanın imperiyanı bərpa etməyə hazırlaşmadığını və post-sovet məkanında ərazi bütövlüyü prinsipini dəstəklədiyini bildirdi, lakin Ukraynanı istisna etdi, buna səbəb kimi üçüncü ölkənin Ukrayna ərazisindən Rusiyaya qarşı təhdid yaratmasını göstərdi.
Rusiya prezidenti bununla post-sovet ölkələrinə iki mesaj verir:
Birincisi, Ukrayna ssenarisinin digər ölkələrə təhdid olmadığını izah etməyə çalışır;
İkincisi, Ukraynanı anti-Rusiya mövqeyinin nəticəsinə dair nümunə kimi göstərir;
Əliyev ümumiyyətlə Ukrayna məsələsinə toxunmadı. Bu, Moskva görüşündə məsələ neytral qalmaq, həm də Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi mövqeyindən geri çəkilməməkdir.
Azərbaycan prezidenti ikitərəfli münasibətlərdən və müharibədən sonra Cənubi Qafqazdakı reallıqdan danışdı. Və qeyd etdi: “ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək”.
Əliyev bununla göstərdi ki, rəsmi Bakının öz prioritetləri var və hazırda əsas istəyi razılaşmaların bütün bəndlərinin icrasına nail olmaqdır. “Müttəfiqlik əməkdaşlığı haqqında Bəyannamə”nin imzalanması qarşılığında Bakının buna nail ola biləcəyi mümkün görünür.
Asif Nerimanli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru