Almaniya “Şimal axını – 2” layihəsini dayandırdı

22-02-2022, 20:33           
Almaniya “Şimal axını – 2” layihəsini dayandırdı
Almaniya kansleri Olaf Şolts “Şimal axını – 2” qaz kəmərinin sertifikatlaşdırılması prosesini dayandırmaq qərarına gəlib. TASS-ın məlumatına görə, Şolts artıq bununla bağlı İqtisadiyyat Nazirliyinə müvafiq göstəriş verib.

Şolts bildirib ki, “Şimal axını – 2” layihəsinin dayandırılması Rusiyaya qanunzidd davranışlarının itkisiz ötüşməyəcəyini göstərən aydın signaldır.

Almaniya kanslerinin qərarı Rusiya Prezidenti Vladimir Putinin qondarma “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası” qurumlarını müstəqil dövlət kimi tanımasından sonra verilib. ABŞ, Avropa Birliyi, Böyük Britaniya, Kanada və s. digər Qərb dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq olunacağını bildiriblər.

“Şimal axını – 2” layihəsinin yaxın müddətdə istismara veriləcəyi gözlənilirdi. Layihənin təsisçisi “Qazprom” şirkətidir. “Qazprom”un 2017-ci il məlumatına görə, layihənin dəyəri 9,5 milyard avro təşkil edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru