Azərbaycanda siyasi məhbusların yeni siyahısı açıqlandı

23-02-2022, 00:05           
Azərbaycanda siyasi məhbusların yeni siyahısı açıqlandı
Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq siyasi məhbusların yenilənmiş siyahısını elan edib. Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər.
Siyahıya 126 nəfər daxil edilib, – deyə Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir.

Siyahının tərtibçiləri AŞPA-nın müəyyən etdiyi “siyasi məhbus” anlayışı meyarlarından çıxış ediblər.

Əvvəlki siyahı 10 dekabr 2021 tarixində açıqlanıb və orada 122 ad olub.

Elşən Həsənovun “Turan”-a verdiyi məlumata görə, siyahıda yeni olanlar Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Cəfər Mirzəyev və Almaniyada fəaliyyət göstərən “Demokratik Azərbaycanı seç!” siyasi mühacir təşkilatının üzvü Pünhan Kərimlidir.

Bundan əlavə, Vətəndaş və İnkişaf Partiyasının rəhbəri, böhtan ittihamı ilə 5 ay müddətinə azadlıqdan məhrum edilmiş Əli Əliyev yeni siyasi məhbusdur.

İttifaq daha bir siyasi məhbus kimi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Şahin Hacıyevi tanıyıb. O, narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunub.

Hüquq müdafiəçilərinin məlumatına görə, onu İnternetdə sosial şəbəkələrdəki yazılarına görə təqib edirlər.

Siyasi məhbuslar 6 qrupa bölünüblər:

1-ci qrup: jurnalistlər və bloqerlər -5 nəfər

2-ci qrup: müxalifət partiyalarının və hərəkatların üzvləri -12 nəfər

3-ci qrup: dindarlar -21 nəfər

4-cü qrup: Tərtər işi üzrə mühakimə olunanlar -27 nəfər

5-cü qrup: Gəncə işi üzrə mühakimə olunanlar – 47 nəfər

6-cü qrup: Ömürlük mühakimə olunanlar – 14 nəfər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.