Kanada Ukraynaya hərbi yardımın II partiyasını çatdırdı

23-02-2022, 12:33           
Kanada Ukraynaya hərbi yardımın II partiyasını çatdırdı
Kanada Silahlı Qüvvələri Ukraynaya hərbi yardımın ikinci partiyasını çatdırıb.

Axar.az xəbər verir ki, bunu Kanadanın müdafiə naziri Anita Anand deyib.

"Bu gün Kanada Silahlı Qüvvələri ukraynalı tərəfdaşlarımızı dəstəkləmək üçün ikinci hərbi yardımı həyata keçirib. Rusiyanın suveren dövlətə növbəti müdaxiləsi qətiyyən yolverilməzdir və ölkə öz suverenliyini və müstəqilliyini qoruduğu üçün biz Ukraynanı dəstəkləməyə davam edəcəyik”, - o bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.