Britaniyanın müdafiə naziri: "Rusiyanın maraqlarına zərbə vurmağa hazırıq"

23-02-2022, 17:07           
Britaniyanın müdafiə naziri:
“Biz hər zaman, dünyanın istənilən yerində Rusiyanın maraqlarına zərbə vurmağa hazırıq”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Böyük Briyaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə açıqlamasında deyib.

“Şotland qvardiyaları 1853-cü ildə Krımda çar I Nikolayı “təpiklədilər”. Biz bunu həmişə etməyə hazırıq”, - o, bildirib.

Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin I Nikolayın Qərblə qarşıdurmada buraxdığı səhvi təkrarlayıb: “Çar I Nikolay da vaxtı ilə Putinin səhvini etmişdi. Onun da dostları, tərəfdaşları yox idi”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru