Boris Consondan təhdid qarışıq dəstək mesajı: Ukraynaya ölümcül silahlar göndərəcəyik…

24-02-2022, 00:06           
Boris Consondan təhdid qarışıq dəstək mesajı:
Ukrayna və Rusiya arasındakı böhranın diplomatik yolla həllinə ümidlər yavaş-yavaş ölsə də, dünya müharibə ehtimalına hazırlaşır.

Sozcu.az xarici mediaya istinadən xəbər verir ki., İngiltərənin “işğal başlandı” bəyanatından sonra, ABŞ-dan da oxşar bəyanatlar gəlib.

ABŞ prezidenti Co Bayden “Bu, Rusiyanın Ukraynaya təcavüzünün başlanğıcıdır” dedi.

Ötən dəqiqələrdə Rusiya xəbər agentlikləri , Rusiyanın Ukraynadakı diplomatlarını təxliyə etməyə başladığını açıqlayıblar.

Böyük Britaniya isə elan edir ki, Ukraynaya ölümcül silahlar göndərəcəyik.

Britaniyanın baş naziri Boris Conson İcmalar Palatasındakı çıxışında deyib: “Rusiyanın getdikcə daha da kəskinləşən təhdidləri fonunda Böyük Britaniyanın Ukraynaya əlavə hərbi dəstək paketi təqdim edəcəyini elan edə bilərəm”.

Conson bildirib ki, bu yardım paketinə ölümcül silahlar da daxil olacaq.sitat












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru