Mühasirə daralır: Texnologiya nəhəngləri də Rusiyaya qarşı

24-02-2022, 08:18           
Mühasirə daralır:
Yaponiya, Sinqapur və Tayvan ABŞ-ın Rusiyaya qarşı ixraca nəzarət planını dəstəkləyib.

Bu barədə “Foreign Policy” jurnalı məlumat yayıb.

Nəşrin məlumatına görə, sözügedən tədbirlər Rusiya iqtisadiyyatı və texnologiya sektoruna zərər vurmağa yönəlmiş daha geniş sanksiyalar paketinin bir hissəsidir.

Jurnal Rusiya iqtisadiyyatının arxalandığı yarımkeçiricilər, kompüter çipləri və digər yüksək texnologiyalı məhsulların üç əsas istehsalçısı Yaponiya, Sinqapur və Tayvan olduğunu vurğulayır.

ABŞ tərəfindən hazırlanan planda əvvəllər Vaşinqtonun Çinin “Huawei” şirkətinə qarşı tətbiq etdiyi sanksiyalara bənzər məhdudiyyətlər var.

Məhdudiyyətlər avtomobillərin, smartfonların və digər məişət texnikasının idxalına da şamil olunacaq. (Report)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.