Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

24-02-2022, 08:53           
Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib
Ukrayna hakimiyyəti Donetsk və Luqansk "Xalq respublikaları”nın Rusiyaya hərbi yardımla bağlı müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

"Report” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba tvitterdə yazıb.

"Ukrayna Donetsk və Luqansk işğalçı administrasiyalarının Rusiyaya hərbi dəstək tələbi ilə müraciəti ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib. Bu, təhlükəsizlik vəziyyətinin daha da gərginləşməsidir”, Kuleba tvitterdə bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru