Putinlə Bayden görüşəsi olmadılar?

24-02-2022, 09:23           
Putinlə Bayden görüşəsi olmadılar?
ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyan etmişdi ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovla fevralın 24-də görüşəcək.
Ağ Ev Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Co Baydenin hazırkı mərhələdə görüş imkanını nəzərdən keçirmir.

Teref.az-ın yazdığına görə, Sputnik Azərbaycan bildirir ki, bunu çərşənbə günü brifinqdə Ağ evin mətbuat katibi Cen Psaki söyləyib.
“Yox, biz prezident Putin ilə görüş və ya danışıq imkanını nəzərdən keçirmirik”, - ənənəvi brifinqdə Psaki bildirib.
Onun sözlərinə görə, “prezident özü və biz açıq-aydın bildirmişdik ki, əgər onlar (RF) müdaxilə etməsələr, biz dövlət katibi ilə Rusiyanın Xarici işlər naziri Lavrovun ünsiyyətindən sonra prezident Putinlə söhbətə müsaid olacağıq”.
“Aydındır ki, indi vəziyyət başqadır və bu diplomatik təmasların təşkili münasib və ya düzgün addım kimi görünmür”, - ABŞ prezidentinin sözçüsü deyib.
“Biz həmişə qapıları açıq qoyuruq, əgər onlar (Rusiya) deeskalasiya yolunu seçsələr, biz diplomatik danışıqlara ümid edəcəyik”, - Psaki əlavə edib.
Xatırladaq ki, ABŞ-ın Dövlət katibi Entoni Blinken fevralın 20-də bəyan etmişdi ki, Rusiya Xarici işlər naziri Sergey Lavrovla fevralın 24-də görüşəcək. Və dəqiqləşdirmişdi ki, görüş Avropada keçiriləcək.
Dövlət katibi əlavə etmişdi ki, “Lavrova cavab məktubunda qeyd edib ki, bu (görüşün vaxtı – red.), Rusiyanın həmin müddətdə Ukraynaya hücum etməyəcəyini nəzərdə tutur”.
Ukrayna mövzusunda Rusiya ilə ABŞ-ın yüksək səviyyədə danışıqları mövzusuna gəlincə, Blinken qeyd etmişdi ki, Co Bayden həmişə Rusiya Prezidenti Vladimir Putinlə qarşılıqlı fəaliyyətə hazırdır, o halda ki, bu fəaliyyət sülh və diplomatik prosesin xeyrinə işləsin.
Rusiya Prezidenti Vladimir Putin fevralın 22-də Ukrayna ərazisindəki “DXR” və “LXR”i tanımaq barədə qərar verib. Bundan sonra Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalar paketi qəbul edib. Buraya Dövlət Dumasının 351 deputatı, 27 fiziki şəxs və təşkilat, o cümlədən “Şimal axını-2” daxildir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.