“Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır” Bayden

24-02-2022, 10:04           
“Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır” Bayden
ABŞ prezidenti Co Bayden Amerika xalqına müraciət edərək, Ukraynaya qarşı iddia edilən təcavüzkar hərəkətləri ilə əlaqədar Rusiyaya qarşı növbəti addımlarını elan edəcəyini bildirib.

“Sabah səhər mən G7-dəki (Böyük Yeddilik) həmkarlarımla görüşəcəyəm, bundan sonra Amerika xalqına müraciət edərək, Rusiyanın Ukraynaya, beynəlxalq sülh və təhlükəsizliyə qarşı bu lazımsız təcavüz aktına görə, ABŞ-ın, eləcə də müttəfiqlərimizin və tərəfdaşlarımızın Rusiyaya tətbiq edəcəyi növbəti nəticələri elan edəcəyəm”, - deyə Bayden Rusiya prezidenti Vladimir Putinin Donbassda hərbi əməliyyata başladığını elan etməsindən sonra Ağ Ev tərəfindən yayılan bəyanatda bildirib.

ABŞ prezidenti əlavə edib ki, “Dünya Rusiyadan hesabat verməyini istəyəcək”.

Bayden Ukraynanın Rusiyanın “təxribatsız və əsassız” hücumuna məruz qaldığını və münaqişənin özü ilə gətirdiyi ölüm və dağıntılara görə yalnız Rusiyanın məsuliyyət daşıdığını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru