Rusiya XİN Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırdı - FOTO

24-02-2022, 17:05           
Rusiya XİN Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırdı - FOTO
Rusiya Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında Türkmənçay müqaviləsinə dair səhvi aradan qaldırıb.

Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, "Şərqi Ermənistan” sözü çıxarılıb.

Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılıb. Sözügedən müqavilədə "Şərqi Ermənistan” sözü qeyd edilib.

Azərbaycan XİN bununla bağlı açıqlama yayıb. Rusiyanı XİN-i bu təhrifi aradan qaldırmağa çağırıb./oxu













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru