"İLK BÖYÜK QƏLƏBƏ!" -

25-02-2022, 08:10           
"İLK BÖYÜK QƏLƏBƏ!" -
Ukrayna Ordusunun xüsusi bölmələri Kiyev ətrafındakı Hostomel aerodromunu Rusiya desantçılarından təmizləyiblər. Aerodrom geri alınıb.

"AzPolitika.info" xəbər verir ki, Ukrayna prezident ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç bu barədə bəyan edib.

Xəbəri Daxili İşlər nazirinin müşaviri Anton Qeraşenko da təsdiq edib. O, bildirib ki, Ukrayna desantçıları Hostomel aerodromunu rusiyalı işğalçılardan təmizləyiblər. Sağ qalan ruslar meşələrə doğru qaçıblar. "Hostomel! İlk böyük qələbə! Bir saat əvvəl vetolyotlu desantçılar Hostomel aerodromunu geri aldılar. Aerodrom düşməndən təmizlənib", - o, sosial şəbəkədə yazıb.

"Ukrayna Silahlı Qüvvələri aktiv fəaliyyətlərlə düşmənin əsas qüvvələrinin aerodroma yerləşməsinə imkan vermədilər. Böyük itkilər verən qruplaşma ilə döyüşlər davam edir" - Müdafiə nazirinin müavini Anna Malyar xəbər verib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru