Moskvada keçirilən aksiyanın 600 iştirakçısı saxlanılıb
25-02-2022, 08:22
Rusiya polisi Moskvanın mərkəzində Ukrayna ilə müharibənin əleyhinə icazəsiz aksiyanın 600 iştirakçısını saxlayıb. Saxlanılan şəxslər ictimai asasiyişi pozmaqda təqsirləndirilir.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Müxtəlif ictimai asayiş pozuntularına görə 600 nəfər aksiya iştirakçısı saxlanılaraq ərazi üzrə polis şöbələrinə aparılıb. Onlar barəsində qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb edilmələri məsələsinə baxılır", -deyə məlumatda vurğulanıb.
Qeyd edək ku, Rusiyanın Daxili İşlər Nazirliyi, Prokurorluq və İstintaq Komitəsi icazəsiz aksiyalarda iştiraka görə cinayət məsuliyyətinə qədər cəlb oluna biləcəkləri ilə bağlı xəbərdarlıq yayıb.