Zelenski: "Bu hücum 1941-ci ildə Kiyevə edilən hücuma bənzəyir" 25-02-2022, 11:29 Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ikinci gün ardıcıl olaraq Ukraynanın dinc şəhərlərinə raket zərbələri endirir.BAKU.WS "Unian"a istinadla xəbər verir ki, bu barədə ölkə başçısı video müraciətində bildirib.Prezidentin sözlərinə görə, ruslar məqsədlərə uyğun hərəkət etməyərək, təkcə hərbi obyektlər deyil, yaşayış evlərinə hücum edirlər.Zelenski vurğulayıb ki, əksər istiqamətlərdə düşmənin fəaliyyəti dayandırılıb, döyüşlər gedir.O qeyd edib ki, bu hücum 1941-ci ildə Kiyevə edilən hücuma bənzəyir. Facebook-da paylaş