Nazir müavini: “Ukrayna Ordusu cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib”

25-02-2022, 10:42           
Nazir müavini: “Ukrayna Ordusu cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib”
“Ukrayna Silahlı Qüvvələri cəbhənin bir neçə istiqamətində üstünlük əldə edib”.

“Report” xəbər verir ki, bunu ölkənin müdafiə nazirinin müavini Anna Malyar feysbukda yazıb.

Onun sözlərinə görə, Ukrayna Ordusu Birləşmiş Qüvvələrin Əməliyyatı bölgəsində, həmçinin Seversk, Slobojanskoye, Tavriçeskoye istiqamətlərində üstünlüklə döyüşlər aparır.

“Döyüşlərimiz güclü, motivasiyalı və sarsılmazdırlar. Millətimizin də birliyi güclüdür! Qələbə bizimlədir”, - nazir müavini vurğulayıb.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı Çerniqov istiqamətində Rusiya işğalçılarının hücumunun dəf edildiyini açıqlayıb:

“Düşmən Çerniqovdan Sednevə, Qrodnodan isə Semyovkaya çəkilməyə məcbur qalıb”. Onun sözlərinə görə, düşməndən xeyli sayda qənimət və sənəd əldə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru