NASA sanksiyaların Rusiya ilə əməkdaşlığa mane olmayacağını bəyan etdi

25-02-2022, 12:56           
NASA sanksiyaların Rusiya ilə əməkdaşlığa mane olmayacağını bəyan etdi
ABŞ-ın yeni sanskiyalarının ABŞ Kosmik Agentliyinin (NASA) Rusiyanin aidiyyəti qurumları ilə əməkdaşlığına mane olacağını gözləmirəm. NASA "MKS"in fəaliyyəti ilə bağlı Rusiya ilə əməkdaşlığa davam edir. AzVision.az xəbər verir ki, bunu NASA-nın sözçüsü CNN-ə açıqlamasında deyib.

- Biz xarici həmkarlarımızla, o cümlədən "Roskosmos"la "MKS"-in təhlükəsiz istismarını təmin etmək üçün işləməyə davam edirik.

Onun sözlərinə görə, ABŞ-ın ixraca nəzarət sahəsində yeni sanksiyaları kosmosla əməkdaşlıq sahəsində Rusiya-Amerika əməkdaşlığına təsir etməyəcək.

Qeyd edək ki, "Roskosmos"un baş direktoru Dmitri Roqozin bəyan etmişdi ki, sanksiyalar Rusiya ilə əməkdaşlığa təsir edərsə, "MKS" nəzarətsiz şəkildə orbitdən çıxacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru