Yeni sanksiyalar Rusiyanı sülh danışıqlarına məcbur edə biləcəkmi? - AKTUAL
25-02-2022, 19:10

Bunlardan savayı daha ciddi və fərqli addımlar atılmalıdır ki, Rusiyanın işğalına son qoyulsun”. Teref.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında ReAL-ın icra katibi Natiq Cəfərli Qərbin Rusiya banklarına məhduddiyyətlərlə yanaşı, bu ölkənin beynəlxalq təcridinə yönələn növbəti sanksiyalarını dərc etməsi fonunda, Ukrayna XİN-in rəhbəri Dmitri Kulebanın həmin addımların Kiyevə düşmənə qarşı müqavimət göstərməyə və sülhə nail olmağa kömək edəcəyini deməsinə münasibət bildirərkən deyib:
"Sonuncu sanksiyalar paketi kifayət qədər ciddidir. Düzdür, hələ ki, "ölümcül” deyil. Çünki əsas iki məsələ, Rusiyanın SWİFT sistemindən tamam ayrılması və neft-qaz satışına qadağa hələlik gündəmə gəlməyib. Bunun da Avropanın rus qazından asılılığı səbəbindən obyektiv səbəbləri var”.
İndi atılan sanksiyalar həmsöhbətimizə görə, zamanla Rusiyaya ciddi ziyan vuracaq. Lakin ona aylar, bəlkə də yarım il, bir il vaxt lazım gedəcək:
"Ukraynanın isə o qədər zamanı, aylarla təcavüzə dözmək imkanı yoxdur. Fikrimcə, tək bu məsələ ilə Rusiyanı sülh masasına otuzdurmaq çətindir”.
Ona görə də N. Cəfərli rus işğalına son qoymaq üçün daha ciddi və fərqli addımlar atılmalı olduğu qənaətindədirdır:
"Yalnız bu addımların sərtliyi və ardıcıllığı Rusiyanı masaya oturmağa məcbur edəcək. Fərqli addımlar deyəndə Ukraynaya daha böyük həcmdə hərbi yardımlar göstərilməlidir. Habelə, NATO-nun yardımı ilə Ukraynanın hava məkanı uçuşlara qadağan edilməlidir. Belə addımı sözügedən alyans NATO-ya aid olmayan Liviya və Suriyada atıb. Niyə indi Ukraynada atmasınlar ki? Buna bənzər addımlar ən azından müharibənin dayanmasına kömək edə bilər”.