Rusiyada “Facebook”un fəaliyyəti məhdudlaşdırılır

26-02-2022, 00:08           
Rusiyada “Facebook”un fəaliyyəti məhdudlaşdırılır
Rusiya fevralın 25-dən etibarən "Facebook"a girişi qismən məhdudlaşdırmaq üçün tədbirlər görəcək. Bunu “Roskomnadzor” bildirib.

Qurumdan əlavə ediblər ki, Baş Prokurorluq Xarici İşlər Nazirliyi ilə razılaşdırmaqla sosial şəbəkənin ölkə vətəndaşlarının hüquq və azadlıqlarının pozulmasında əli olduğunu müəyyən edib.

Qeyd edək ki, bir gün əvvəl “Facebook” “RİA Novosti” səhifəsinə məhdudiyyətlər qoyub. Bundan əlavə, dörd Rusiya media orqanının – “Zvezda”, “RİA Novosti”, “Lenta.ru” və “Gazeta.ru”nun materialları senzuraya məruz qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru