“Qərbin Rusiyanı dayandırmaq üçün daha çox resursları var, lakin Putindən qorxur” – Qubad İbadoğlu SƏBƏBLƏRİ SADALADI

26-02-2022, 08:27           
“Qərbin Rusiyanı dayandırmaq üçün daha çox resursları var, lakin Putindən qorxur” – Qubad İbadoğlu SƏBƏBLƏRİ SADALADI
“Heç kəsə sirr deyil ki, nə texniki və nə də insan resursları baxımından Rusiya ilə müqayisədə 10 dəfələrlə geridə olan Ukrayna ordusu bu hucuma tab gətirə bilməz. Bu müharibə qaçılmaz idi, çünki, Putin Rusiyanı dalana dirəmişdi, geriyə yolu yox idi, irəliyə getmək də Rusiya üçün taktiki (oxu qısa müddətli) qələbə olsa da starteji baxımdan (orta və uzunmüddətli dövrdə) böyük məğlubiyyətdir. Qərbin Rusiya qarşı sanksiyalarla açdığı maliyyə və iqtisadi savaşı bu ölkəni uzağı 1 ildən sonra ən yaxşı halda İrana, ən pis halda isə Şimali Koreyaya çevirəcək. Mən hesab etmirəm ki, rus xalqı bununla razılaşacaq, yoxsulluq və səfalət içərisində yaşamaqla barışacaq”.

Bunu azərbaycanlı siyasətçi, iqtisadçı Qubad İbadoğlu bildirib.
Q.İbadoğlu qeyd edib ki, Qərbin Rusiyanı dayandırmaq üçün əlində resurslar daha çoxdur, lakin Qərb Putindən qorxur:

“Qərb etdikləri kifayət deyil, Rusiyaya qarşı bundan da betərini edə bilərdi, çünki, resurları daha çoxdur, ona görə də Qərbə qarşı olan səmimi iradlar qəbul olunandır, atalar demişkən uman yerdən küsərlər.Qərb nə edə bilər, hava məkanını Rusiyanın üzərinə bağlaya, rus vətəndaşların viza verilməsini məhdudlaşdıra, rus banklarına Swift-dən çıxara bilər. Amma Putindən yenə qorxurlar, ona görə ki, Putin bundan da böyük dəhşətlərə əl ata bilər. Çünki, o Rusiyada qərarları təkbaşına qəbul edir. Əslində bu müharibə avtoritarizmlə demokratiya arasında gedir. Putinin yeganə məqsədi diktaturasının ömrünü nə yolla olursa olsun, saxlamaqdır. Bu həqiqəti dərk edən rus xalqı qalib gələndə dünyada da sabitlik və əmin-amanlıq hökm sürəcək, təhlükələr bizim bölgədən sovuşacaq”.

Qubad İbadoğlu Rusiyanın paytaxt Kiyevə belə tez çatmasında Belarusun da rolunu xüsusi qeyd edib:

“Ukraynaya gəlincə, bu ölkə qısa müddətdə itkilərə və məşəqqətlərə məruz qalsa da, tarixə qəhrəmanlar diyarı kimi düşəcək, cəmiyyət inkişaf və tərəqqi kursundan dönməyəcək, dövlət sivil ölkələrin sırasına qatılacaq və geci-tezi də ərazi bütövlüyünü bərpa edəcək.
Döyüşlərə gəlincə, burda Putinin müttəfiqləri də rol alır. Əgər Belarus öz ərazisini rus qoşunlarının istifadəsinə verməsəydi, yəqin ki, ruslar Kiyevin ətrafına belə tez çata bilməzdilər. Amma Ukrayna yalnız Kiyevdən, Xarkovdan və Odessadan ibarət deyil. Tanrı Ukraynanı qorusun”./konkret.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.