“Bloomberg”: "ABŞ Rusiyanı SWIFT-dən ayırmağı ciddi şəkildə düşünür"

26-02-2022, 12:24           
“Bloomberg”: "ABŞ Rusiyanı SWIFT-dən ayırmağı ciddi şəkildə düşünür"
ABŞ hökuməti Ukraynada hərbi əməliyyatlara başlayan Rusiyaya qarşı sanksiyaların tətbiqi kimi onları beynəlxalq banklararası sistemi olan SWIFT-dən ayırmağı ciddi şəkildə nəzərdən keçirir.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden administrasiyasının nümayəndələri bunu birgə həyata keçirmək üçün Avropa İttifaqının rəhbərliyinə təzyiq göstərilməsi imkanlarını müzakirə edirlər.

Bu cür planlar hazırda SWIFT-in işini tənzimləyən ABŞ Federal Ehtiyat Sistemi ilə razılaşdırılır. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, yekun qərar hələ verilməyib.

Bundan əvvəl Rusiyanın SWIFT-dən ayrılması təşəbbüsü Çexiya və Fransa prezidentləri Miloş Zeman və Emmanuel Makron tərəfindən dəstəklənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru