Ən ağır və həlledici məqam bu gecə idi.

27-02-2022, 11:18           
Ən ağır və həlledici məqam bu gecə idi.
Əgər Vladimir Zelenski Londonun və Vaşinqtonun təxliyə təklifini qəbul edib ölkəni tərk etsəydi, lap elə Lvova çəkilsəydi, bu, heç şübhəsiz ki, ukraynalılarda demoralizasiya yaradacaqdı.
Zelenski əsl vətənpərvər kimi Kiyevdə qalıb öz ordusu ilə döyüşməyi və hətta ölməyi seçdi. "Mənə sığınacaq yox, silah lazımdır" dedi.
Bəlkə də dünyanı hərəkətə gətirən onun bu dirənişi, qətiyyəti oldu.
Artıq dünəndən etibarən ABŞ Ukraynaya 600 milyonluq yardım göndərib, onun 350 milyonu hərbi yükdür.
Bayden dünən ABŞ Konqresindən Ukrayna üçün 6,4 milyard dollar yardım istədi, bu yardımın da önəmli hissəsi- 3,5 milyardı silahdır.
Rusiya Avropa Şurasından qovuldu və Ermənistandan başqa bu qurumun üzvü olan 47 dövlətin heç biri Rusiyanı dəstəkləmək istəmədi.
Dünəndən etibarən Latviya, Çexiya, Yaponiya və digər ölkələr Rusiya vətəndaşlarına viza verməyi dayandırıblar.
Çexiya, Polşa, Bolqarıstan öz səmasını Rusiya uçaqları üçün bağlayıb. Bu gün digər Avropa ölkələrinin onlara qoşulacağı gözlənilir.
Putin, Lavrov, Şoyqu və digər Rusiya rəhbərlərinin şəxsən özlərinə və bütün ailə üzvlərinə qarşı Avropa Birliyinin tətbiq etdiyi sanksiyalara Böyük Britaniya, ABŞ, Kanada, Isveçrə də qoşuldu. Bununla da Putin və çevrəsinin lukaşenkolaşdırılması prosesi başladı.
Günün şok xəbəri heç şübhəsiz ki, Çinin iki bankının Rusiyaya qarşı sanksiyalara qoşulması oldu.
Bir ay öncə Rusiya tərəfindən işğal edilən Qazaxıstan özündə cəsarət tapıb Rusiyanın yanında olmaqdan, Ukraynaya hərbçi göndərməkdən açıq şəkildə imtina etdi.
Ukrayna xalqı öz prezidenti ilə birlikdə tarix yazır və əminəm ki, onu "dünyanın xilaskarı" adlandıracağımız gün uzaqda deyil! ©
Cənab Zelenski- respect!
SLAVA UKRAINI!
Alıntı.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru