Zelenski Lukaşenko ilə danışıqlarını qiymətləndirib
27-02-2022, 22:27
“Aleksandr Lukaşenko ilə söhbət çox subyektiv olub. Mən Belarusdan Ukraynaya raketlərin, təyyarələrin uçmasını istəmirəm. Mən Belarusdan Ukraynaya qoşun getməsini istəmirəm. Və o, məni buna əmin etdi”.
“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski özünün feysbukdakı hesabında yazıb.