"Üzv ölkələr Rusiyaya müraciət ediblər" - ATƏT-in Baş katibi

27-02-2022, 22:29           
"Üzv ölkələr Rusiyaya müraciət ediblər" -
ATƏT-in Daimi Şurasının iclası keçirilib. ATƏT üzvləri Rusiyaya müraciət ediblər. “Report” xəbər verir ki, bu barədə ATƏT-in Baş katibi Helqa Maria Şmit tviter hesabında yazıb.

“İştirakçı dövlətlər Rusiyanı işğalı dayandırmağa çağırıblar. Zorakılığa son qoyulmalı, humanitar yardıma və təhlükəsiz keçidə icazə verilməlidir.

ATƏT-in bütün diplomatik mexanizmləri açıqdır və dövlətlərin ixtiyarındadır”, - Helqa Maria Şmit bildirib.

“Ukraynadakı ATƏT əməkdaşları ilə fəxr edirəm. Onlar bu cür müstəsna işlər görürlər. İndi onlar təhlükəsiz yerə köçürlər, lakin mən israr edirəm ki, bu köçürülmə müvəqqətidir.

Fədakarlıqlarına və bu qaranlıq günlərdə inamı saxladıqlarına görə hər kəsə təşəkkür edirəm”, - ATƏT-in Baş katibi əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru