NATO PUTİNİN NÜVƏ TƏHDİDİNƏ CAVAB VERDİ - Stoltenberqdən açıqlama

28-02-2022, 00:03           
NATO PUTİNİN NÜVƏ TƏHDİDİNƏ CAVAB VERDİ -
Rusiya Prezidenti Vladimir Putinin Qərbin aqressiv bəyanatlarına cavab olaraq bu ölkə ordusundakı xüsusi qüvvələrin ciddi döyüş növbətçiliyinə keçməsi barədə əmri NATO-nun, eləcə də Şimali Amerika və Avropanın birliyinin vacibliyini vurğulayır.

“Report” xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq bildirib.

“Prezident Putinin yeni bəyanatları Rusiyadan son aylarda və xüsusən də son həftələrdə eşitdiklərimizə aqressiv ritorika əlavə etdi”, - o CNN-ə deyib: “Bu, NATO-nun Şimali Amerika və Avropa müttəfiqlərinin birliyinin vacibliyini vurğulayır".

“Mən ABŞ-ın Avropaya əlavə qüvvələr göndərməsi liderliyini yüksək qiymətləndirmək istərdim”, - Stoltenberq əlavə edib.

Onun sözlərinə görə, NATO Rusiyadan birbaşa təhlükə görmür.

“Biz dərhal təhlükə görmürük, lakin Ukraynaya qarşı güc tətbiq etməklə və həmçinin NATO müttəfiqlərini hədələməklə əsas təhlükəsizlik dəyərlərimizə meydan oxuyan daha aqressiv Rusiya görürük”, - Stoltenberq bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru