Avropa İttifaqı hava məkanını Rusiyaya tamamilə bağladı - Kremlin media "maşınına" qadağa qoyuldu

28-02-2022, 08:08           
Avropa İttifaqı hava məkanını Rusiyaya tamamilə bağladı - Kremlin media "maşınına" qadağa qoyuldu
Avropa İttifaqı birliyin hava məkanını Rusiya üçün tamamilə bağlayır. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen tviter hesabında bildirib.

“Biz Ukraynaya dəstəyimizi gücləndiririk. Aİ ilk dəfə olaraq hücuma məruz qalan ölkəyə silah və texnikanın alınmasını və çatdırılmasını maliyyələşdirəcək. Biz Kremlə qarşı sanksiyalarımızı gücləndiririk”, - Ursula fon der Leyen sosial şəbəkədə yazıb.

Bundan başqa Leyen qeyd edib ki, onlar Aİ ərazisinə enə və ya havaya qalxa bilməyəcəklər:

“Birincisi, biz Aİ-nin hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq.

Onlar Aİ ərazisinə enə və ya havaya qalxa bilməyəcəklər. O cümlədən oliqarxların şəxsi təyyarələri.

İkincisi, biz Aİ-də Kremlin media "maşınına" qadağa qoyacağıq. Bunda başqaş, Rusiyaya məxsus "Russia Today", "Sputnik" və onların törəmə şirkətlərinə.

Bir daha təkidlə bildirirəm ki, onlar daha Putinin müharibəsinə haqq qazandırmaq üçün yalanlarını yaya bilməyəcəklər.

Biz Avropada onların zərərli dezinformasiyasını qadağan etmək üçün vasitələr hazırlayırıq”, - deyə o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru