SON DƏQİQƏ! Bu ölkə də Ukraynaya qarşı HÜCUMA KEÇİR: Əhalisi isə AYAĞA QALXDI

28-02-2022, 09:03           
SON DƏQİQƏ! Bu ölkə də Ukraynaya qarşı HÜCUMA KEÇİR:
Fevralın 27- də axşam etibarlı mənbə Belarusun “MostolkoPomoqi” teleqram- kanalına məlumat verib ki, Belarus Respublikasının hava – desant qoşunlarına 28.02 tarixdə səhər saat 05:00- da Ukraynaya uçuş barədə əmr verilib.
Kanal redaktorlarında məlumat verilən hərbi hissənin nömrəsi barədə dəqiq məlumat var.
Minskdə belaruslar müharibə əleyhinə etitaz aksiyalarına çıxıb. Paralel olaraq belarus müqavimət hərəkatı bu gün Belarus dəmiryolunun bir neçə sahəsində kompüter şəbəkəsini kəsib, siqnalizasiya, mərkəzləşdirmə və bloklama qurğularını fiziki cəhətdən sıradan çıxarıb ki, Rusiya qoşunlarının hərəkətinə mane olsun.
Bu gün Ukraynanın müdafiə strategiyası mərkəzində (MSM) məlumat verilib: böyük ehtimalla Belarus hökuməti Belarus qoşunlarının Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirakı barədə qərar qəbul edəcək.
MSM aparıcı Ukrayna və xarici hərbi ekspertlərinin müstəqil analitik təşkilatıdır.
“Həmkarlarımız- Belarusun müxalif jurnalistləri məlumat verib ki, Belarusun xüsisi əməliyyatlar bölmələri təyyarələrə minir. Hava desantı hazırlanır. Beləliklə, Belarus faktiki olaraq şəxsi heyətilə Ukraynaya müdaxiləyə başlayıb.
Dislokasiya yeri: Kiyev və Jitomir istiqamətləridir”,- MSM- də əlavə ediblər.
Bu arada belaruslar Ukrayna ilə müharibəyə qarşı etiraza qalxıb.
Fevralın 27- də Lukenkonun təşəbbüsü ilə ölkədə Konstitusiyanın dəyişilməsi üzrə qanunsuz “referendum” keçirilir. Dünən Belarus müxalifətinin liderləri Pavel Latuşko və Svetlana Tixanovskaya Belarus vətəndaşlarını işğalçılara qarşı etirazlara çağırış ediblər.
“Bizim hərəkətsiz qalmağa ixtiyarımız yoxdur. Biz yol verə bilmərik ki, xalqımız qardaşlarımız ukraynalılara qarşı müharibəyə cəlb edilsin. Ona görə də hər bir kəsi bu mübarizəyə öz töhfəsini verməyə çağırıram”,’- bunu Belarus müxalifəti koordinasiya şurasının rəhbəri Pavel Latuşko deyib.
Fevralın 27- də əfsanəvi Belarus zabiti, ehtiyatda olan polkovnik-leytenant, Brest desant- həmlə briqadasının komandiri Valeri Saxaşşik güclü vudeomüraciət yayıb. O, Belarus hərbçilərini qardaş qırğınında iştirak etməməyə çağırıb.
“Bu, bizim savaş deyil. Siz öz vətəninizi, öz evinizi, öz ailənizi qorumayacaqsınız. Siz bu münaqişədə şöhrət yox, yalnız rüsvayçılıq, alçalma, qan, ölüm və bütün Belarus xalqı üçün “izqoyan millət” taleyi qazanacaqsınız. Qardaşlar, bu çirkin işdə iştirak etməmək üçün yollar tapın. Ata- komandirlər, cavan uşaqların həyatına son qoyduğuniza görə yaşaya biləcəksinizmi? Siz oğullarınızı sizə əmanət edən anaların gözlərinə necə baxacaqsınız?”,- Saxaşşik deyib.
Etiraz aksiyaları fevralın 27- də Minskdə seçki məntəqələri və Belarus Respublikası SQ Baş Qərargahının binası yaxınlığında keçirilir. Aksiyalarda təxminən min nəfər iştirak edib. Etirazçılar “Müharibəyə- yox!”, “Ukraynaya eşq olsun!”, “Putin, rədd ol!” şüarları səsləndiriblər.
Aksiya iştirakçılarından 500- 800 nəfər saxlanılıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.